Dünya

İran məhkəməsi qaşqay siyasi fəal barədə ağır hökm çıxardı – FOTO

Sharing is caring!


İran məhkəməsi qaşqay siyasi fəala ağır həbs və digər cəzalar verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, İranın Şiraz şəhər İnqilab Məhkəməsi qaşqay türklərinin siyası fəallarından olan Əbülfəzl Kərəmiyə beş il müddətinə azadlıqdan məhrum edilmə, beş il ölkədən çıxış qadağası və iki il sosial mediada fəaliyyətinə qadağa cəzası verilib.

Xatırladaq ki, Əbülfəzl Kərəmi bu il mayın 23-də həbs edilib, 10 gündən sonra Şirazdakı Adilabad həbsxanasına köçürülüb və iyulun 2-də iki milyard tümən (81,4 min manat) girov müqabilində sərbəst buraxılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir