Dünya

Çempionlar Liqası: “Real Sosyedad”dan səfər qələbəsi, “Braqa” 10 nəfərlə möhtəşəm geridönüş etdi – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start verilib.

Oxu.Az-ın məlumatına görə, günün ilk seansında iki qarşılaşma baş tutub.

C qrupunda Almaniyanın “Union” (Berlin) klubu Portuqaliya təmsilçisi “Braqa”nı qəbul edib. Beş qolun vurulduğu qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb – 2:3.

Almaniya təmsilçisi ilk hissədə Şeraldo Bekkerin dublu ilə böyük üstünlük qazansa da, bunu qorumağı bacarmayıb. Əvvəlcə Siku Niakate və Brumanın vurduğu qollarla hesabda tarazlıq yaradan qonaqlar 79-cu dəqiqədə Artur Xorxenin qırmızı vərəqə alması ilə meydanda 10 nəfərlə qalıblar. Lakin 90+5-ci dəqiqədə Andre Kastro fərqlənərək Portuqaliya təmsilçisinə qələbə qazandırıb.

İlk üç xalını əldə edən “Braqa” hazırda üçüncüdür. “Union”un xalı yoxdur. Qrupun digər matçında hərəyə üç xala malik “Napoli” (İtaliya) və “Real Madrid” (İspaniya) birincilərin meydanında üz-üzə gələcəklər.

D qrupunda İspaniyanın “Real Sosyedad” klubu Avstriyada “Zaltsburq”u məğlub edib – 0:2. Qolları Mikel Oyarsabal və Brais Mendes vurublar.

İlk oyunda İtaliya “İnter”i ilə heç-heçə edən “Real Sosyedad” hazırda dörd xalla liderdir. Üç xala malik “Zaltsburq” ikinci pillədə qərarlaşıb.

Qrupun digər matçında İtaliyada “İnter” “Benfika” (Portuqaliya) üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir