Cəmiyyət

Dövlət Komissiyası: “I Qarabağ müharibəsində itkin düşən şəxslərin dəfn yerləri Ermənistan tərəfdədir”

Sharing is caring!


“Sözsüz ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlar daha çox Ermənistan tərəfdədir”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan parlamentinin deputatı, Ermənistan müdafiə nazirinin keçmiş müavini general-leytenant Qagik Melkonyan 2021-ci ilin dekabr ayında Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bunu bir daha təsdiq edib:

“Həmin müsahibədə Qagik Melkonyan 1994-cü ildə Azərbaycan Ordusunun həlak olmuş yüzlərlə hərbi qulluqçusunun meyitlərinin döyüş meydanında qaldığını və ermənilərin onları dəfn etdiklərini bildirib.

Məsələ ilə bağlı beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə rəsmi müraciət edilsə də, cavab alınmayıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir