Dünya

“Liverpul” yaponiyalı futbolçu transfer etdi

Sharing is caring!


İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Mersisayd təmsilçisi Almaniya “Ştutqart”ından Vataru Endonu transfer edib. Məlumatı “qırmızılar”ın saytı yayıb.

Yaponiyalı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Keçidin digər detalları açıqlanmayıb.

30 yaşlı futbolçu 2020-ci ildən “Ştutqart”da oynayırdı. O, ötən mövsüm 40 matçda altı qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir