İdman

“Real Madrid” səkkiz qollu matçda “Atletiko”nu keçərək İspaniya Superkubokunun finalına yüksəldi – VİDEO

Sharing is caring!


“Real Madrid” və “Atletiko” arasında keçirilən İspaniya Superkubokunun yarımfinal matçı başa çatıb.

Komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda qarşılaşıblar.

Oyunun əsas vaxtı 3:3 bitdiyindən əlavə vaxta ehtiyac yaranıb.

Burada isə daha iki top vuran “kral klubu” qələbəni bayram edib – 5:3.

Beləliklə də, “Real Madrid” səkkiz qollu matçda “Atletiko”nu məğlub edərək İspaniya Superkubokunun finalına yüksəlib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir