Cəmiyyət

AAYDA: “Şəkidə selin yollarda yaratdığı fəsadlar aradan qaldırılıb”- FOTO

Sharing is caring!


Son günlər yağan güclü yağış nəticəsində yaranan sel sularının Şəki rayonunun yol infrastrukturuna və yol qurğularına vurduğu ziyanın fəsadları ardan qaldırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, aparılan işlər çərçivəsində rayonun Aydınbulaq, Aşağı Daşağıl, Şirinbulaq, Əlyar, Cəyirli və Qozlubulaq kəndlərində avtomobil yollarında sel suları nəticəsində toplanmış lil, palçıq və qum-çınqıl təmizlənib, yollarda açılmış yarğanlar bərpa olunub, sıradan çıxmış baryerlər yenidən qurulub.

Həmin yolların hər birində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir