Müharibə

MN: Ermənilərin qanunsuz hərbi daşımalarında təcili tibbi yardım maşınlarından istifadə edilir – VİDEO

Sharing is caring!


Avqustun 18-i səhər saatlarında Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti ilə Qarabağ iqtisadi rayonunda qeyri-qanuni erməni silahlı birləşmələri və Ermənistan silahlı qüvvələrinin qalıqlarının Xankəndi-Qaybalı-Dükanlar-Xəlfəli marşrutu ilə döyüş mövqelərini gücləndirməsi müşahidə edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, texniki müşahidə vasitələrilə əldə edilən görüntülərdə qanunsuz daşımaların həyata keçirilməsi üçün içərisi silah, döyüş sursatı, eləcə də piyada və tank əleyhinə minalarla dolu təcili tibbi yardım maşınının da kolonda hərəkəti qeydə alınıb.

Nazirlikdən o da qeyd olunub ki, ermənilərin bundan əvvəl hava məkanımızdan keçən mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinə ciddi təhdid yaradan REM vasitələri quraşdırmaqda təcili tibbi yardım maşınlarından hərbi məqsədlər üçün istifadə etdiyi də tərəfimizdən qeydə alınmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir