Müharibə

Ermənistanın mina cinayəti – VİDEO

Sharing is caring!


Qarabağın 30 illik işğalı dövründə ermənilər bu torpaqlara yalnız mina toxumu səpdilər və onların yaratdığı bu problemin həlli, görünür, daha bir neçə on illər ala bilər. 

Bu azmış kimi, Ermənistanın dəqiq mina xəritələrini Azərbaycana verməməsi həm vətəndaşlarımızın ölümünə, yaralanmasına səbəb olur, həm də Qarabağın doğma sakinlərinin öz torpaqlarına qayıdışı prosesini çətinləşdirir. Üstəlik, mövcud problem regionda sülh və yenidənqurma məsələlərinə də əngəl olur. 

Qeyd edək ki, Vətən müharibəsindən sonra azad edilən ərazilərdə mina partlaması nəticəsində indiyə qədər 30-dan çox mülki şəxs həyatını itirib, 200-dən çox soydaşımız isə yaralanıb. 
Bu onu göstərir ki, 30 il ərzində bu torpaqlarda daşı daş üstündə qoymayan Ermənistan işğal bitdikdən sonra da müharibə cinayətlərini davam etdirmək niyyətindədir. Təkcə bu fakt mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməsinə kifayət edir.

Ermənistanın mina cinayəti “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının, həmçinin BMT-nin qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəalarının kobud şəkildə pozulması deməkdir. 

Başqa sözlə desək, onsuz da öz daxili problemlərinin içərisində boğulan İrəvan hökuməti qonşularla normal əlaqələri bərpa etmək əvəzinə bölgədə təxribatlara cəhd etməklə məsuliyyətsiz və beynəlxalq hüquqa zidd davranış nümayiş etdirir. Bu cür davranış isə tərəflər arasında onsuz da zəif olan etimad mühitinə heç də yaxşı nəticələr vəd etmir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir