Müharibə

Rəy Kərimoğlu: “Minaya düşən mülki şəxslərə status verilməlidir”

Sharing is caring!


“Azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olarkən, xidməti fəaliyyəti zamanı minaya düşən mülki şəxslərə status verilməlidir”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Qarabağ qazisi, jurnalist Rəy Kərimoğlu QHT nümayəndələrinin iştirakı ilə mina terroru ilə bağlı keçirilən müzakirə zamanı bildirib. O qeyd edib ki, həlak olan mina qurbanları şəhid, əlil olan mina qurbanları isə müharibə əlili statusu ilə təmin edilməlidir:

“Minaya düşən şəxslər var ki, əmək qabiliyyəti yoxdur, II qrup əlillik verilib, cəmi 200 manat civarında müavinət alır. Həmin şəxslər müharibə əlili sayılmalı, sosial vəziyyəti yaxşılaşdırılmalıdır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir