Cəmiyyət

Azərbaycanda tutulan şəxs Rusiyaya təhvil verib

Sharing is caring!


Rusiyada rüşvət alma cinayətini törətməkdə təqsirləndirilərək barəsində dövlətlərarası axtarış elan edilmiş, həmin ölkənin vətəndaşı, 1978-ci il təvəllüdlü Daniil Pavloviç Taukinin verilməsinə dair Rusiya Federasiyasının Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, D.P.Taukin cari ilin aprel ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib və D.P.Taukin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanlarına təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir