Dünya

Azərbaycan ağırlıqqaldıranı II MDB Oyunlarının qalibi olub – FOTO

Sharing is caring!


Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub.

Oxu.Az xəbər verir ki, idmançı 109 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib.

O, toplam 393 kq (177+216) nəticə ilə qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəkidə çıxış edən Əli Şükürlü isə 300 kq-lıq (130+170) göstərici ilə beşinci yeri tutub.

Qeyd edək ki, Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında təşkil olunan ağır atletika növündə 150-dən çox idmançı mübarizəyə aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir