Cəmiyyət

Nazirlik əməkdaşına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sharing is caring!


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşına atəş açmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə Qazax Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, cari il mayın 18-də Ağstafa su anbarının Qazax rayonunun Cəfərli kəndi ərazisinə düşən hissəsində ETSN-in 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarına odlu silahdan atəş açılması faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla qeyd edilən idarənin əməkdaşları – Yaşar Məmmədov və Cəbi Məmmədhüseynovun xidməti vəzifələrini yerinə yetirərək həmin su hövzəsindən qanunsuz balıq ovu üçün nəzərdə tutulan torları yığan zaman Fərman Mustafayevin onlara odlu silahdan atəş açaraq müqavimət göstərməsi, nəticədə Y.Məmmədovun xəsarət almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında F.Mustafayevə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir