İqtisadiyyat

Almaniya “Şimal axını-2” boru kəmərinin ikinci xəttinin istifadəsini mümkün hesab etmir

Sharing is caring!

Almaniya hökuməti hesab edir ki, partlayışlardan sonra “Şimal axını-2” boru kəmərinin ikinci xəttini istifadə etmək texniki cəhətdən mümkün deyil.

Bu barədə Almaniya Nazirlər Kabinetindən bildirilib.

“Çox güman ki, güclü partlayışlarla (qaz kəmərinin) törədilən təxribat hər iki xəttə mənfi təsir göstərib. Ona görə də hazırda ondan istifadə etmək üçün texniki imkan yoxdur”, – deyə qeyd edilib.

Almaniya hökuməti həmçinin bildirib ki, “Şimal axını-2” istənilən halda işə salınmaq üçün lazım olan sertifikatı almayıb.

Mənbə: Der Spiegel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir