Müharibə

Tərtərdə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Sharing is caring!


Tərtərdə minaya düşən şəxsin vəziyyəti stabildir.

TƏBİB Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir:

“Tərtər sakini Babaşov Xəzər Taryel oğlu 26.04.2023-cü ildə Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. Xəstə üzərində sağ aşağı ətrafın, baldır hissəsinin aşağı 1/3-dən amputasiyası əməliyyatı icra olunub. Xəstənin vəziyyəti hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir”.

Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir