Müharibə

Arutyunyan “ah-nalə” çəkir: Azərbaycan qəti tələb qoyur – ŞƏRH

Sharing is caring!

Azərbaycan postmünaqişə dövründəki reallıqları praqmatik nəticələrə kökləmək üçün Qarabağdakı erməni icması ilə təmaslara üstünlük verir.

Qarabağ ermənilərinin Azərbaycan ictimai-siyasi həyatındakı iştirakı üçün atılan praktiki addımlar gələcəyə yönələn proqramları da özündə ehtiva edir.

Bütünlükdə bu proqram Azərbaycan Konstitusiyasının çərçivələrindən kənara çıxa bilməz, yəni ermənilərin digər vətəndaşlardan üstün imtiyazları olması gözlənilmir.

Azərbaycan ermənilərin inteqrasiyasında maraqlıdır və bununla:

– Qərb dairələrinə insan hüquqları prizmasındakı çalarları çatdırır;

– Rusiyaya isə “ermənilərə öz vətəndaşım kimi baxıram və onları öz oyunlarına alət etmə, təmaslara qarışma” mesajlarını ötürür.

Azərbaycan ermənilərlə təmasları iki ssenari ilə nəticələndirmək istəyir. Birincisi, ermənilər Azərbaycan Konstitusiyasının legitimliyini tanıyıb, vətəndaş kimi vəzifələr və öhdəliklərini icra etməlidirlər.

İkincisi, əgər kiməsə bu xoş deyilsə, Azərbaycan ərazisini tərk etməlidir, yox, qalıb müqavimət göstərmək istəyirsə, o zaman hüquqi cəzalanmanın predmeti kimi nəticələrə hazır olmalıdır.

Bakı bu tələbləri ən üstün şərtlər çərçivəsində ermənilərə çatdırır, Xocalıda Azərbaycan nümayəndələri ilə ermənilər arasındakı görüş də bunun bariz nümunəsidir.

Bu görüşdən sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki erməni separatçıların başçısı Arayik Arutyunyan ah-nalə çəkərək nəticələrə hazırlıq məşqini başlatdı.

Arutyunyan öz “komandası” ilə keçirdiyi görüşdə ermənilərin “ ya olum, ya ölüm” seçimi arasında qaldıqlarını diqqətə çatdırıb.

Arutyunyanın mesajının məğzi belədir ki, ermənilər ya Azərbaycanın bayrağı altında yaşamağı seçməli, ya da “mübarizə”ni davam etdirməlidirlər.

Birinci variant elə məqbuldur, ikinci seçim isə separatçılar və onları dəstəkləyən erməni sakinlər üçün cəzalanma aktını qaçılmaz edir.

İkinci bir tərəfdən, Arutyunyan həm Rusiya, həm də Qərbdən dəstək gözləyir, ancaq son hədd anında onların köməyinə heç kim gəlməyəcək.

Arutyunyan özlüyündə “mübarizə ruhu” illüziyasını yaratmalıdır, çünki onun özü də Azərbaycanın nələrə qadir olduğunu gözəl başa düşür. Bununla belə, Arutyunyan erməni icmasının yaralarına məlhəm olan açıqlamalar vermək məcburiyyəti ilə qarşı-qarşıyadır, çünki Bakının şərtləri qəti və dəyişməz olaraq qalır.

Məsələnin Arutyunyan səhifəsini burada qapadaq, mövzu yüzillərdir ki, başqa qüvvələrin əlində alət olan ermənilər vasitəsilə Qarabağda təxribatları körükləmək məqsədlərinə fokuslanmalıdır.

Qarabağdakı erməni amili Rusiya və Qərbi birləşdirən dəyərə çevrilir, hərçənd ki, hərəsinin öz yanaşması var.

Belə olan halda Qarabağa Ermənistan ərazisindən Laçın yolu vasitəsilə silah-sursat daşınması erməni amili ilə oyun qurmaq istəyənlərin arzularının tərkib hissəsi kimi başa düşülməlidir.

Azərbaycan həm Rusiyaya, həm də Qərb dairələrinə çatdıra bilər ki, bu hal Azərbaycanın təhlükəsizliyinə qarşı “qırmızı xət”ləri keçsə, prosesə hərbi müdaxilə ilə cavab veriləcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir