Cəmiyyət

Zabux sakini: “Otuz il əvvəlki qonşumu tapdım, kəndimizdə yanaşı, şad-xürrəm yaşayacağıq”

Sharing is caring!


“Torpaqlarımız işğal edilməmişdən qabaq qonşu olduğum adamlarla bu gün, 30 ildən sonra yenə qonşu olacağam”.

Bunu Oxu.Az-a açıqlamasında Laçın rayonu Zabux kənd sakini Gövhər Fərəcova deyib.

O, torpaqlarımızın işğaldan azad edilməsində zəhməti, əməyi olan hər kəsə öz minnətdarlığını bildirib:

“Başda müzəffər Ali Baş Komandanımız İlham Əliyev olmaqla, hərbçilərimizə, qazilərimizə öz minnətdarlığımı bildirirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Onların sayəsində biz bu gün azad edilmiş torpaqlarımıza köçürük. Çox sevincliyik. Təxminən 30 ildən sonra Zabuxdakı qonşumu tapmışam burada. Yenə Zabuxda şad-xürrəm qonşuluğumuza davam edəcəyik”.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir