Müharibə

Azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb

Sharing is caring!

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb.

ANAMA-dan verilən məlumata görə, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı tank əleyhinə 14 mina və 443 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 384 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir