Müharibə

“Müzəffər Əsgərimiz” layihəsinin 20-ci buraxılışı – FOTO/VİDEO

Sharing is caring!

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 20-ci buraxılışı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Anar Qarayevə həsr olunub.

Oxu.Az xəbər verir ki, Anar Çingiz oğlu Qarayev 1998-ci il iyun ayının 16-sı Qax rayonunun Almalı kəndində anadan olub. O, doğulduğu kənddə böyüyüb və həmin kəndin orta məktəbində təhsil alıb. 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialına qəbul olaraq, universiteti fərqlənmə diplomu ilə bitirib.

Anar Qarayev 2020-ci il iyulunda Goranboy rayon “N” saylı hərbi hissədə xidmətə başlayıb, sentyabrın 15-də isə xidmətini Ağdam rayon “N” saylı hərbi hissədə davam etdirib.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı əsgər Qarayev Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 4 oktyabr 2020-ci ildə isə Suqovuşan uğrunda gedən döyüşdə şəhid olub. O, doğulduğu Qaxın Almalı kəndində Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, habelə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Anar Çingiz oğlu Qarayev Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir.

Şəhid qəhrəmanın döyüş yolu haqqında videoçarxı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir