Cəmiyyət

Ağcabədidə “Azərsu” əməkdaşını cərəyan vuraraq öldürüb

Sharing is caring!

Ağcabədidə “Azərsu” ASC-nin 57 yaşlı əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbəsində baş verib.

Əslən Şuşa rayon sakini Qasımov Qırımxan Temur oğlunu iş prosesi zamanı elektrik cərəyanı vuraraq öldürüb.

Q.Qasımovun meyti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağcabədi şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayyət işi açılıb araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir