Siyasət

Leyla Abdullayevanı XİN-də kim əvəz edəcək? – FOTO

Sharing is caring!

Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

41 yaşlı L.Abdullayeva 2018-ci ildən bu günə qədər Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. 

O, bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində işləyib. A.Hacızadə artıq bir müddətdir ki, XİN-in mətbuat xidmətində işə başlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir