Müharibə

Bakıda MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək

Sharing is caring!

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan respublikaları silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi iştirak edəcək.

İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir