Müharibə

Şəhid Səbuhi Əhmədovun təlim-tərbiyəçisi: “İnana bilmirəm ki, balam daha yanımızda yoxdur” – FOTO

Sharing is caring!

“Səbuhi çox sakit ağıllı uşaq idi. İnana bilmirəm ki, balam daha yanımızda yoxdur”.

Oxu.Az xəbər verir ki, bu sözləri SOS uşaq kəndində Səbuhi Əhmədovun təlim-tərbiyəçisi olan Məlahət Qazıyeva deyib.

M.Qazıyevanın sözlərinə görə, Səbuhi və qardaşına 2-ci sinifdə oxuyandan o baxıb:

“Çox sakit, tərbiyəli uşaq idi. Sözümdən çıxmazdı. Bizim uşaqlar həmişə bir-biri ilə doğma bacı-qardaş kimi olublar.  Eşidəndə ki, Səbuhi şəhid olub, hamısı bir olub gəldilər. Mənim üçün danışmaq çox ağırdır, bağışlayın. Səbuhinin yazdığı məktublar hələ də qalır, onları qoruyub saxlayacam”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir