MDB

Dövlət katibi: “Baydenlə Putin yaxın həftələrdə görüşəcəklər”

Sharing is caring!

“ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla yaxın həftələrdə görüşəcəklər”.

XəbərAl.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken İslandiyanın “RUV” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

Dövlət katibi “Siz İslandiyanı dövlət başçılarının görüşünün keçiriləcəyi potensial yer sayırsınızmı” sualına belə cavab verib: “Sözsüz, mən görüş yeri kimi buranı namizəd göstərərdim. Onu da qeyd edim ki, evə qayıtdıqdan sonra bu işlə məşğul olacağam”.

Qeyd edək ki, mayın 19-da Artika Şurası xarici işlər nazirilərinin sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir