Cəmiyyət

İşıqsız dirəklər, kələ-kötür yollar: Goranboy sakinləri şikayətçidirlər – VİDEO

Sharing is caring!


Bakı-Qazax avtomagistralında yaranan problemlər sürücüləri təngə gətirib.

Baku TV-yə açıqlama verən Goranboy sakini Əfqan Qasımov uzun müddətdir yollarda işıqların yandırılmadığını deyib:

“Burada işıq dirəkləri olsa da, sutkanın qaranlıq vaxtlarında işıqlandırma yox dərəcəsindədir. Piyadaları görmək olmur, bu da qəza şəraiti yaradır. Gecə vaxtı maşın sürmək mümkün deyil”.

Problemin tək işıqlandırma ilə bağlı olmadığını bildirən sürücü asfalt örtüyünün yararsız hala düşdüyünü söyləyib:

“Demək olar ki, Gəncədən Bakıya qədər sağ zolaq pis gündədir. Yollar kələ-kötürdür, dağ yoluna bərabərdir. Xəstə ilə, uşaqla getmək mümkün deyil”.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, hava şəraiti düzələn kimi qısa müddət ərzində magistral yolun sözügedən hissəsində təmir işlərinin aparılması nəzərdə tutulub.

İşıqlandırma ilə bağlı məsələ isə nəzarətdədir. Bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir