İdman

Rusiya futbolunda biabırçı hadisə: Futbolçu kamerunlu hakimi döydü – VİDEO

Sharing is caring!


Rusiyanın Çelyabinsk şəhərində 8×8 futbol üzrə Şimal-Qərb Liqasında baş tutan “Bajov” – “Katren” qarşılaşmasında kamerunlu hakim Maksim Jorj döyülüb.

“Bajov”un futbolçusu Telman Snjoyan hakimi vurub. Hadisə canlı yayımda nümayiş olunub.

Qaradərili hakim əvvəlcə müqavimət göstərib. Lakin futbolçu onu yerə yıxıb və vurmağa davam edib. Digər oyunçuların müdaxiləsindən sonra onları ayırmaq mümkün olub.

Bu hərəkətinə görə Snjoyanın liqadan kənarlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, qarşılaşma “Katren”in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir