Xarici siyasət

Lavrov ABŞ dövlət katibi ilə Azərbaycan-Ermənistan sərhədindəki son gərginliyi müzakirə etdi

Sharing is caring!

ABŞ dövlət katibi Entoni Blinken Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin uzunmüddətli mümkün siyasi həll yolunu müzakirə edib.

“RİA Novosti” bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysa istinadən xəbər yayıb.

“Dövlət katibi eyni zamanda, Suriya xalqı üçün humanitar yardımın təmin edilməsinin vacibliyini də vurğulayıb. Bundan əlavə, tərəflər Əfqanıstan da daxil olmaqla davamlı və genişlənmiş əməkdaşlıqla hər iki xalqın faydalana biləcəyi sahələri, strateji sabitliyi, İranın və Şimali Koreyanın nüvə proqramlarının qarşısının alınmasını müzakirə ediblər”, – deyə qeyd edilir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir