MDB

Ermənistan ordusunu silahla təmin edən iş adamı barəsində cinayət işi başlanıb

Sharing is caring!

Ermənistan Milli Təhlükəsizlik Xidməti iş adamı David Qalstyan barəsində cinayət işi başlayıb.

XəbərAl.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, D. Qalstyan Ermənistan Müdafiə Nazirliyinin bir qrup əməkdaşı ilə birgə böyük miqyasda büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Bildirilib ki, bu vəsait müdafiə satınalmaları üçün ayrılıb.

  1. Qaltsyan silah ticarəti sahəsində ixtisaslaşmış bir neçə şirkətə sahibdir. Bu şirkətlər Ermənistan ordusunun əsas silah təchizatçılarından biridir. O, İrəvanda “Kalaşnikov” avtomatlarını yığan “Neutron” QHT-nin sahibdir. 

Ümumilikdə, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidmət səhlənkarlığı və xüsusilə böyük miqdarda vəsait mənimsənilməsi ilə bağlı Müdafiə Nazirliyi və Baş Qərargahın bir neçə rəsmisi barəsində dörd cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir