Asiya

Hulusi Akar: “Məqsədimiz PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”

Sharing is caring!

“Bizim mübarizəmiz terror təşkilatına qarşıdır. Aramızdakı əməkdaşlığı gücləndirməli və PKK terror təşkilatı qarşısında əzmlə durmalıyıq”.

XəbərAl.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqda səfərdə olarkən deyib.

“Məqsədimiz birlik və bərabərlik şəraitində PKK problemini ortadan qaldırıb, qonşularımızla dinc şəkildə yaşamaqdır”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, H. Akar İraq Kürdüstanı bölgəsinin Baş naziri Məsrur Bərzani və Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzani ilə ayrı-ayrılıqda görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir