MARAQLI

Nişanlısının xəyanətinin qarşısını almaq üçün orijinal yol tapdı – VİDEO

Sharing is caring!

İngiltərəli bloger Çaylin nişanlısının ona xəyanətinin qarşısını almaq üçün orijinal yol tapıb. Belə ki, gələcək əri xəyanətdə təqsirli bilinərsə, qızın bütün xərclərini ödəməyə məcbur edən sənədi notarial qaydada təsdiqləyib.

“Mən yeni bir dəlilik səviyyəsinə çatdım, çünki nişanlım notarial qaydada təsdiq etdiyimiz sənədə imza atdı. Deyir ki, xəyanət edəcəyi təqdirdə mənim hesablarımı ödəməli olacaq. Bu ya dahiyanə fikirdir, ya da dəlilik”, – deyə bloger bildirib.

Bununla bağlı o, özünün sosial şəbəkə video yayımlayıb.

“Bu, indiyə qədər eşitdiyim ən yaxşı qərardır”, “Bu dəlilik deyil, siz onu potensial hərəkətlərinə görə öhdəliyə cəlb edirsiniz”, – deyə istifadəçilər şərhlərdə qeyd ediblər.

Bəzi istifadəçilər isə videonun müəllifini dəstəkləməyib və qeyd ediblər ki, inamsızlıq münasibətləri uğursuzluğa düçar edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir