Dünya

Brüsseldə mikroavtobus terrasa çırpıldı – VİDEO

Sharing is caring!

Belçika paytaxtı Brüsselin mərkəzində mikroavtobus terrasa çırpılıb.

Hadisə Sen-Mişel küçəsində baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Sürücü öz avtomobili ilə hadisə yerindən qaçıb. O, hələ həbs olunmayıb. Qəzanın qəsdən olub-olmadığı araşdırılır.

Sürücünün axtarışı üçün helikopter cəlb olunub.

“Terrasda söhbət edirdik. Birdən ağ rəngli mikroavtobus inanılmaz sürətlə gəldi, terrasa çırpıldı, sonra isə tam sürətlə getdi”, – deyə şahidlər bildirib.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir