MARAQLI

Altı ay Beynəlxalq Kosmik Stansiyada qalan astronavtlar Yerə qayıdırlar – VİDEO

Sharing is caring!

ABŞ-ın kosmik gəmi və raket istehsalçısı “SpaceX” tərəfindən 11 noyabr 2021-ci ildə Beynəlxalq Kosmik Stansiyaya göndərilən dörd astronavt bu gün Yerə qayıdır.

“SpaceX” təxminən altı ay Beynəlxalq Kosmik Stansiyada qalan astronavt komandasının bu gün Yerə dönəcəyini açıqlayıb. “Crew-3” adlı uçuşda üç amerikalı və bir alman olmaqla dörd astronavt iştirak edib.

Beynəlxalq Kosmik Stansiyada yüzlərlə elmi təcrübə və kosmos gəzintisi həyata keçirən astronavtlar Günəş panellərinin hazırlanması üzərində də çalışıblar. Elektron mikroskopu sınaqdan keçirən komanda Yerə qayıtmağa başlayır.

Təxminən altı ay Beynəlxalq Kosmik Stansiyada qalan astronavtları daşıyan “Endurance” adlı “Dragon” kapsulu Florida sahillərində Meksika körfəzinə enəcək.

Komanda dönüş səfərinə dünən başlamalı idi. Lakin əlverişsiz hava şəraiti səbəbindən proses gecikib. Dörd nəfərlik komanda NASA-nın özəl sektorla üçüncü uçuşunda iştirak edib.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir