Cəmiyyət

Bakıda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs xilas edildi

Sharing is caring!

Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olduğu məlum olub. Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. 

N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb. 

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir