Qusarın Ləzə və Qubanın Xınalıq kəndlərinin yaxınlığındakı dağlara qar yağıb. Quba ərazi hidrometeorologiya müəssisəsindən Bizim.media-ya bildirilib ki, Şahdüzü və Şahdağ dağ silsiləsinə də qar düşüb. Bölgədə ötən gün müşahidə edilən yağıntılı havanı bu gün günəşli hava əvəz edib. Oktyabrın 2-dən hava şəraitinin yenidən dəyişəcəyi gözlənilir. Xeberal.az
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibətilə keçiriləcək “4-cü Sənaye İnqilabı dövründə yeni media” Qlobal Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, nümayəndə heyətinin təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib. Qeyd edək ki, forumda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq […]
Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,1% azalaraq 87,99 dollara enib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb. Xeberal.az