MARAQLI

Taziyə-Yas əslində necə olmalıdır?Hacı Rahid Hüseyn

Sharing is caring!

Azərbaycan həm coğrafi yerləşmə olaraq, həm tarixin dərinliklərinə söykənən , hələ termin olaraq elmə məlum olduğundan ta əsrlər öncələrə dayanan bizim multikultiral düşüncəmizə söykənərək istər İlahi, istər qeyri-ilahi dinlərin məskən saldığı ərazi olub. Dinlər içərisində İslam dini gəlmiş-keçmiş bütün dinləri kölgədə qoyaraq insanlar tərəfindən sevilə-sevilə mənimsənildi. Bütün məsələlərdə olduğu kimi İslam dininin Azərbaycanda yayılmasında da fitnəkar , uydurmaçılar öz ampulalarından əl çəkməyərək insanların beynində belə bir fikir formalaşdırdılarki, guya İslam dini Azərbaycanda Xilafətin yürüşləri zamanı qılınc gücünə yayıldı, təbliğ olundu. Bu fikirlər bir növ Azərbaycanlıları iradə baxımdan gücsüz göstərməyə yönəlir. Hansıki, tarixin bütün dövründə Azərbaycanlılar heç zaman , heç bir istər mənəvi, istər maddi güc qarşısında iradəsizlik göstərməyib.
İslam dini sevilə-sevilə yayıldı. Mədrəsələr, dini tədris mərkəzləri ərəb olmayan Azərbaycanlıların İslamı yalnış anlama, yalnış yaşamanın qarşısını almaq üçün fəaliyyətə başladı.
1920ci ildən 1990cı ilə qədər ateist-SSR-i rejimin tabeçiliyində olan ölkəmiz çox mövzularda olduğu kimi məhz din məsələsindədə axsamağa başladı. Artıq insanlar İslam dini öz qaydalarını kitablarda, alimlərdə, mədrəsələrdə deyil sırf adətlərdə yürütməyə başladı. Adətlərdə yaşayan bütün məsələlər kimi İslam qaydalarıda dildən dilə, eldən elə yeridikcə demək olarki, öz orjinallığını itirdi.
Məhz belə adətlərdən biridə Azərbaycanda İslam dini əbasına bürünsədə, əslində İslam yas qaydalarından xəbəri olmayan Yas və yas mərasimlərinin qeyd olunmasıdır.
Taziyə nədir?
Taziyə el dilində ölən insanın yaxınlarına baş sağlığı verməkdir. Taziyə ölən insanın yaxınlarının itkisinə şərik olmaqdır. Taziyə ölən insanın yaxınlarının itkisi səbəbindən özünə qapanıqlıqdan qurtalmağa kömək etməkdir.
İslam dinini Allahdan bizə çatdıran İslam Peyğəmbəri bütün mövzularda olduğu kimi Yas məsələsindədə bizə “Taziyəyə gedərkən oraya uemək bişirin aparın. Çünki onların başına, onları yemək bişirməkdən uzaqlaşdıran bir müsibət gəlmişdir.” deyərək gözəl bir xəritə cızmışdır.
Hər birimə məlumdurki, bugün ölkəmizdə kiminsə ölməyi bir növ ölən insanın ailə üzvlərinə “bəla” olur. Olaki, ölənin övladları gənc ola… Uzaqdan gələn qohumlar əməllicə “ağsaqqallıq” edib gəncin qarşısına yasda veriləcək təamların siyahısın qoyarlar. Bu məsələ hətta elə ölən günü baş qaldırır. Camaat ölünü dəfn edib qayıdana kimi həyətdə stol açılır. Sanki, ölü sahibi yaxınının ölməyinə sevinirmiş kimi “qonaqlıq” təşkil edir. Ölən insanın yaxını itkisinə üzülməyə vaxt tapmadan yasda bişirilən yeməklərin növünü düşünür, ətin kiloqramın hesablayır, pendirin çəkisin, salat üçün pomidor-xiyarın çəkisin, dovğanın, düyünün qədərin hesablamağa və bunları ərsəyə gətirmək üçün olan-olmaz pulun hesablayır. Vay ogünə puluda yetməz. Yaxından-uzaqdan ərki çatan qohumlardan borca pul “dilənər”. Ölən insanın öıümündən 1 il keçməsinə baxmayaraq hələdə aldığı borcları qaytarar.
Məsələyə hansı profildən baxsaq israf, borclanma, yüklənmə görəcəyik. Birdə məsələnin bəhsə-bəhsinə baxaq. “Dədəm filankəsin dədəsindən əksik deyilki, onun yasında plov, bozbaş, süfrədə filan-filan təamlar ola, mənim dədəmin yası solğun ola?”
Tam əmin ola bilərsizki, bütün bunların özünə müsəlman deyən, ölüsünü İslam qaydaları ilə axirət dünyasına yola salan cəmiyyət üçün İslam dini ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Cəmiyyət olaraq artıq bu və bu kimi məsələlərdə özümüzü toparlamalıyıq, bu israfçılığın, İslamla əlaqəsi olmayan bu məntiqsiz adətlərin mənasızlığını dərk edərək qarşısını almalıyıq.
İslam dini bu və bu kimi məsələlərdə israfı qəti olaraq qadağan edir.
Əslində bu mövzuda saysız qadağan edici Quran ayəsi, Peyğəmbər hədisi yazmaq mümkündür. Sadəcə olaraq İslam dini həmdə bir vicdan dinidir. İndi ilk əvvəl vicdanımızı qarşımıza qoyaq düşünək, sonrada İslam qaydalarını.

Yazar: Rahid Hüseyn

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir