Müharibə

Xocalı sakini: “Anam əsir saxlandığımız yeri görüb infarkt keçirdi” – FOTO

Sharing is caring!

“Nəhayət ki, gedib Xocalını görə bildim. Anam Narxanım evimizi, əsir saxlandığımız, iki qardaşımın və atamın qətlə yetirildiyi yerləri görəndən sonra səhhətində problemlər yarandı”.

Bunu Bakupost.az-a açıqlamasında Xocalı sakini Mürvət Məmmədov deyib.

O, Xocalıda olarkən, bir daha keçmişi xatırladıqlarını bildirib:

“Əsir saxlandığımız yerləri gəzdik. Anam Xocalıdan qayıdandan sonra infarkt keçirdi. Mərkəzi Klinikanın həkimi Firdovsi İbrahimov anamı təmənnasız əməliyyat elədi. Buna görə həkimə və kollektivinə minnətdarıq. Biz Xocalıdan qaçqın düşəndən sonra Qobustan rayonunda yerləşmişik, buranın camaatı əziyyətimizi çox çəkib. Hamısı var olsun”.

M.Məmmədov iki qardaşının və atasının harada dəfn edilməsindən hələ də xəbərsiz olduqlarını bildirib:

“Bizdən də nümunələr götürülüb. Hər dəfə Xocalıda şəhid olan insanların qalıqları tapılır, ümidlənirik. Biz əsirlikdə olan ermənilər qardaşlarım Möhləti və Söhbəti, bir də atam Məmmədi naməlum istiqamətə apardılar və indiyə kimi onlardan xəbər yoxdur. Bizi isə Xocalıda erməni əsirliyindən Milli Qəhrəman Allahverdi Bağırov azad etdirdi. Ona görə də Xocalıya gedən kimi ilk olaraq Allahverdi Bağırovun məzarını ziyarət etdik”.

M.Məmmədov Xocalıda onlara işgəncə verənlərin başında Vitali Balasanyanın durduğunu deyib:

“Xocalıda törədilən qətliam birbaşa Vitali Balasanyanın adı ilə bağlıdır. O, məsuliyyətdən canını qurtara bilsə də, Allahın bəlasından qaça bilməyəcək, Xocalıda şəhid olan insanların ahı onu tutacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir