MARAQLI

Yüzlərlə maral alov tələsində: Primorye diyarından dəhşətli görüntülər – VİDEO

Sharing is caring!

Rusiyanın Primorye diyarında quru otların yanması maral sürüsünü tələyə salıb.

Hadisə şahidlərindən biri qorxunc görüntüləri lentə almağı bacarıb.

Onun sözlərinə görə, diyarın Xasan rayonunun qoruğunda heyvanlar yanğından qaçaraq xilas olmağa çalışırlar.

“Təpə bütünlüklə alovlar içindədir. Burada yəqin ki, 100 maral var”, – deyə videonun müəllifi vəziyyəti şərh edib.

Qeyd edilib ki, diyarda hazırda 22 bələdiyyədə tətbiq edilən yanğın rejimi davam edir. Yüksək temperatur və güclü külək səbəbindən vəziyyət daha da mürəkkəbləşib.

Hazırda yanğının səbəbləri araşdırılır. Statistikaya görə, bu halların əksəriyyəti insan təqsiri üzündən baş verir. Qanunu pozanları iki milyon rubla (36,6 min manat) qədər inzibati cərimə gözləyir.

“Yanğınlar nəticəsində zədələnmiş meşələrin bərpası çox vaxt aparır – 20 ildən 50 ilə qədər. Təbiətdə dincəlmək və  tonqal qalamaq qərarına gələndə bu barədə düşünün”, – deyə regional hökumət Primorye sakinlərinə müraciət edib.

Mənbə: Kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir