MARAQLI

Virusdan qorunmaq üçün təyyarədə ən təhlükəsiz oturacağın yeri açıqlandı

Sharing is caring!


Təyyarənin göyərtəsində girişdəki oturacaqlar, ilk baxışdan görünən rahatlığına baxmayaraq, ən təhlükəli yerdir.

Bu barədə britaniyalı səyahət eksperti Jasmin Pekel xəbərdarlıq edib.

O, sərnişinlərin ayaqlarını uzada bildikləri, yaxud qonşuları narahat etmədən ayaqyoluna getmək azadlığı səbəbindən girişdəki oturacaqlara üstünlük verildiyini vurğulayıb.

“Bununla belə, araşdırmalar göstərir ki, girişdə oturanların virus və ya bakteriyalara yoluxma riski daha çoxdur. Əgər yoluxmadan qorxursunuzsa, pəncərənin yanında oturacaq seçmək daha müdrikdir”, – deyə ekspert tövsiyə edib.

Pekel, həmçinin əlləri mütəmadi olaraq yumağın və təklif olunan salfetlərdən istifadə etməyin də vacib olduğunu söyləyib. O qeyd edib ki, sinilər və oturacaqların arxa cibləri təyyarənin göyərtəsində ən çirkli yerlərdən biridir.

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir