Dünya

Mensonun davamçısı 50 illik həbsdən sonra azadlığa çıxa bilər – FOTO

Sharing is caring!


Silsilə qətllər törədən Çarlz Mensonun ən gənc davamçısı, 73 yaşlı Lesli Van Houten bir neçə həftədən sonra vaxtından əvvəl azadlığa buraxılacaq. Kaliforniya qubernatoru Gevin Nyusom apellyasiya məhkəməsinin vaxtından əvvəl azadlığa buraxma qərarını şikayət etməyəcək.

Məlumata görə, Manson 1969-cu ilin avqustunda ardıcıllarına 7 nəfəri öldürməyi əmr edib. Qurbanlardan biri hamilə aktrisa Şeron Teyt olub. Həmin vaxt Lesli Van Houtenin 19 yaşı var idi. O, 10 avqust 1969-cu ildə Los-Ancelesdəki evində ərzaq mağazasının sahibi Leno LaBianka və arvadı Rozmarini bıçaqlamaqda günahkar bilinib.

Qeyd olunur ki, Van Houten ömürlük həbs cəzası çəkir, o, 50 ildən çox həbsdə yatıb. Manson isə 2017-ci ildə 83 yaşında həbsxanada vəfat edib.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir