Tədbirlər

Abşeron rayonunda şəhidlər yad edilir

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və ordumuzun döyüş əzmi, şəhidlərimizin qəhrəmanlığı ilə xalqımız Vətən müharibəsində düşmən üzərində şanlı qələbə qazandı. Azərbaycanın haqq savaşında sinəsini qabağa verən, torpaqlarımızı yağı düşməndən geri alan Vətən oğulları göstərdikləri qəhrəmanlıqları ilə xalqımızın döyüş əzmini bir daha bütün dünyaya tanıtdırdılar.

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan abşeronlu igidlərin bu günlərdə il dönümlərinin qeyd olunması davam etdirilib. Ziyarət və görüşlərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib. Rayon rəhbərliyi tərəfindən şəhidlərimiz – Vətən Müharibəsi Qəhrəmanı Ağayev Vüqar, Vətən Müharibəsi Qəhrəmanı Allahyarov Şahin Hüseynbala oğlu, Məcidov Səbuhi Ağalətif oğlu, Ələsgərli Zaur Mübariz oğlu, Rəşidov Ziyəddin Arzu oğlu, Quliyev Teymur Zamin oğlu, Əliyev Əli Ələsgər oğlu, Əhmədov Bəhruz Səttar oğlu və Məmmədov İlkin Abdulla oğlunun il mərasəmləri, o cümlədən şəhid Məmmədov Tural Tariyel oğlunun doğum günü ilə əlaqədar məzarları ziyarət edilib, ruhlarına dualar oxunub, şəhidlərimizin ailələri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanılıb.

O cümlədən Abşeron rayonunun ağsaqqalları və din xadimləri 8 noyabr “Zəfər Günü” ilə əlaqədar Xırdalan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək ruhlarına dualar oxuyublar. 

Şəhid ailələri dövlətin diqqət və qayğısını daim hiss etdiklərini vurğulayaraq bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir