Cəmiyyət

Şəmkirdə valyuta dəyişmə məntəqəsinə qumbara atılıb, xəsarət alanlar var

Sharing is caring!

Şəmkirdə valyuta dəyişmə məntəqəsində törədilən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, Şəmkir şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılması nəticəsində başverdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir