Dünya

Rusiyalı yazıçı Boris Akuninə hökm oxunub

Sharing is caring!


Moskvanın Basmannı məhkəməsi tanınmış rusiyalı yazıçı Boris Akunini (Qriqori Çxartaşvili) qiyabi həbsə məhkum edib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Qriqori Çxartaşvili qiyabi olaraq iki ay müddətinə həbs edilib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Boris Akunin Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunub. 67 yaşlı tanınmış yazıçı Rusiya hökuməti tərəfindən terrorçu və ekstremistlər reyestrinə daxil edilib. Onun müəllifi olduğu kitabların Rusiya ərazisində satışının qadağan olunduğu və kitab mağazalarında satışdan yığışdırıldığı da bildirilib. Yazıçı hazırda Londonda yaşayır. 

Mənbə: RT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir