Cəmiyyət

“Azərsu” ASC-nin dəstəyi ilə üç yeni struktur yaradılacaq – AÇIQLAMA

Sharing is caring!

“Kommunal xidmətlərə (Su təchizatı şəbəkəsinə) qoşulma indikatoru üzrə yol xəritəsi ilə əlaqədar “Azərsu” ASC-nin dəstəyi ilə yeni 3 struktur yaradılacaq”.

Oxu.Az xəbər verir ki, bu barədə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev jurnalistlərə açıqlamasında deyib

O qeyd edib ki, qurumlardan biri “Azərsu” ASC-nin nəzdində, digər iki qurum isə müstəqil olaraq fəaliyyət göstərəcək:

“Qurumlardan biri vətəndaş şikayətləri, sahibkarların şikayətlərinin xüsusi araşdırılması və nəticə əsaslı təmin olunmasına yönələcək. Digər qurum daha çox konseptual inkişaf, “ASAN xidmət” mərkəzləri ilə əməkdaşlıq, eləcə də su şəbəkələrinə qoşulma sahəsində kommunikasiya təminatına xidmət edəcək. “Azərsu” ASC-nin nəzdində yaradılacaq qurum isə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək”.

Könül Cəfərli 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir