İdman

Çempionlar Liqası: Əliyar Ağayevin idarə etdiyi oyunda beş qol, maksimum nəticə – VİDEO

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində son oyunlar keçirilir.

Oxu.Az xəbər verir ki, erkən start götürən qarşılaşmalarda (Bakı vaxtı ilə 21:45) G qrupunun taleyinə aydınlıq gəlib.

G qrupunda “Leypziq” evində “Yanq Boyz”u məğlub edib.

Qarşılaşmanın 51-ci dəqiqəsində meydan sahibləri B.Seskonun qolu ilə hesabda önə keçiblər.

53-cü dəqiqədə E.Kolli hesaba tarazlıq gətirib. E.Forsberq cəmi üç dəqiqə sonra yenidən komandasını hesabda irəli çıxarmaqla bərabər, həmçinin yekun hesabı da müəyyən edib.

Azərbaycanlı futbol azarkeşləri üçün daha maraqlı sayıla biləcək qarşılaşma Serbiyada baş tutub.

Belə ki, azərbaycanlı hakim Əliyar Ağayevin idarə etdiyi “Srvena Zvezda” – “Mançester Siti” oyununda qapılara beş top vurulub.

“Mançester Siti”nin heyətində M.Hamilton (19-cu dəqiqə), O.Bobb (62-ci dəqiqə) və K.Filips (85-ci dəqiqə) fərqləniblər. Meydan sahibləri isə İ.Hvanq (76-cı dəqiqə) və A.Katainin (90+1-ci dəqiqə) qolları ilə məğlubiyyətdən xilas ola bilməyiblər.

Beləliklə, G qrupunda maksimum xal toplayan “Mançester Siti” və 12 xala sahib “Leypziq” növbəti mərhələyə yüksəliblər.

Dörd xalı olan “Yanq Boyz” bundan sonra çıxışını Avropa Liqasında davam etdirəcək. Cəmi bir xal toplayan “Srvena Zvezda” isə avrokuboklarla vidalaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir