MARAQLI

“iPhone” modellərindən birində radiasiya səviyyəsi narahatlıq yaratdı: Fransa satışı dayandırdı

Sharing is caring!


Fransanın Radiasiyaya Nəzarət İdarəsi (ANFR) radiasiyası icazə verilən həddi aşan “iPhone 12” smartfonunun satışını qadağan edib.

Bu barədə respublikanın rəqəmsal iqtisadiyyat naziri Jan-Noel Barro bildirib.

Onun sözlərinə görə, ANFR-in araşdırması zamanı bu smartfon modelinin xüsusi udma əmsalının (SAR) qanunla icazə veriləndən bir qədər yüksək olduğu görünüb. O, “Apple”ın 2020-ci ildən bəri satdığı modeldəki radiasiya problemlərini həll etmək üçün proqram təminatının yenilənməsinin kifayət edəcəyini bildirib.

“Apple”ın iki həftə ərzində cavab verməsi gözlənilir. Əgər cavab verməsələr, dövriyyədə olan bütün “iPhone 12”ləri geri çağırmağa hazıram. Qayda hamı üçün, o cümlədən rəqəmsal nəhənglər üçün eynidir”, – deyə şöbə müdiri bildirib.

ANFR, həmçinin öz tədqiqatının nəticələrini digər Aİ ölkələrinin tənzimləyici orqanlarına ötürəcək ki, onlar da “iPhone 12” üçün qadağalar və məhdudiyyətlər tətbiq edə bilsinlər.

Elektromaqnit enerjisinin xüsusi udma əmsalı (SAR) insan orqanizminin toxumalarında bir saniyə ərzində udulmuş elektromaqnit sahəsinin enerjisini təyin edən göstəricidir. Bu göstərici xüsusilə mobil telefonların insanlara zərərli təsirlərinin miqyasını ölçür. Tədqiqatlara görə, SAR hədlərini aşmaq xərçəngin müəyyən formalarının inkişaf riskini artıra bilər.

Mənbə: nakanune.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir