İdman

Suzuki Çihiro: “Bura çempion olmaq üçün gəlmişəm” – VİDEO

Sharing is caring!


“Bura çempion olmaq üçün gəlmişəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri yaponiyalı MMA döyüşçüsü Suzuki Çihiro “Rizin” Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib.

Hazırkı kəmər sahibi Vüqar Kərəmovla üz-üzə gələcək idmançı hər an döyüşməyə hazır olduğunu bildirib:

“Çox hazırlıqlıyam və yaxşı döyüşə bilərəm. Hətta indi, mətbuat konfransında da döyüşməyə hazıram. Əvvəlki yarışa diqqəti yönəltməyin. Mən daha çox hazırlıqlıyam və qalib gəlmək niyyətindəyəm. Hər zaman döyüşə bilərəm. Mütləq qalib gələcəyəcəm”.

Qeyd edək ki, Milli Gimnastika Arenasındakı yarışda Azərbaycan təmsilçilərindən Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov, Nəriman Abbasov və Tural Rəhimov iştirak edəcəklər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir