Dünya

Qəzzada HƏMAS lideri anklavda saxlanılan girovlarla görüşüb

Sharing is caring!


Fələstinin Qəzza zolağında HƏMAS radikal təşkilatının lideri Yəhya Sinvar anklavda saxlanılan bir qrup girovla şəxsən görüşüb, onların təhlükəsiz şəraitdə olduqlarına əmin edib.

Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Verilən məlumata görə, Qəzzada müvəqqəti atəşkəslə bağlı razılaşmalar çərçivəsində bir müddət əvvəl azad edilən keçmiş girovlardan biri Sinvarla görüşdən danışıb.

Qadın oğurlandıqdan sonra ilk günlərdə bir qrup digər girovla birlikdə Qəzza zolağında tunellərdən birində saxlanıldığını və özünü Yəhya Sinvar kimi təqdim edən bir nəfərin onlarla söhbət etməyə gəldiyini ailəsinə deyib.

“O, girovları mükəmməl, ləhçəsiz ivrit dilində salamladı və onları təhlükəsiz şəraitdə olduqlarına əmin etdi”, – deyə telekanal keçmiş girovun ifadəsindən sitat gətirir.

Qeyd olunur ki, bu xəbəri adı açıqlanmayan qadınla danışan İsrail rəsmiləri də təsdiqləyiblər.

Yəhya Sinvar HƏMAS-ın Qəzza zolağındakı lideri və təşkilatın silahlı qanadının yaradıcılarından biridir. O, 22 ildən çox İsrail həbsxanalarında yatıb və ivrit dilini mükəmməl bilir. Y.Sinvar 2006-cı ildə 1027 fələstinli məhbusun Fələstin radikalları tərəfindən girov götürülən İsrail əsgəri Gilad Şalitlə dəyişdirilməsinə dair razılaşma çərçivəsində 2011-ci ildə azad edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir