Cəmiyyət

BŞDYP-dən nömrəsiz moped sürənlərə XƏBƏRDARLIQ – VİDEO

Sharing is caring!


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP) dövlət qeydiyyat nişanı olmadan moped sürənlərə xəbərdarlıq edib.

Belə ki, paytaxt və bölgələrdə son zamanlar motosiklet və moped sürücülərinin sayı çoxalıb.

Bəzi mopedlərin isə dövlət qeydiyyat nişanı yoxdur.

Daha çox kuriyer xidməti üçün istifadə olunan bu nəqliyyat vasitələri indi yollarda əsas təhlükə mənbəyinə çevrilib.

Yol hərəkəti qaydalarını pozan sürücülərin idarə etdiyi belə mopedləri səkilərdə, yolun əks hərəkət hissəsində, tıxaclarda da görmək mümkündür.

Sakinlər mopedlərin sürətindən də şikayətçidirlər.

Ətraflı “ATV Xəbər”in süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir