İdman

Azərbaycanlı futbolçu xaricə köçüb

Sharing is caring!


Sabiq azərbaycanlı futbolçu, karyerasının başa vurandan sonra Futbolun İnkişaf Fondunda çalışan Nicat Qurbanov Azərbaycanı tərk edib. 

Bizim.media xəbər verir ki, Qurbanov ailəsi ilə birgə ABŞ-yə yollanıb. 

O, hazırda Pensilvaniya ştatının Pittsburq şəhərində məskunlaşıb.

Nicatın məqsədi okeanın o biri tayında futbol karyerasında yeni səhifə açmaqdır. Ölkəmizin U-17 və U-19 millilərinin sabiq üzvü, məşqçilər üçün nəzərdə tutulan C kateqoriyasına sahib olan N.Qurbanov ABŞ-də məşqçiliyə başlamaq niyyətindədir.

Ötənlərin sürətli vingeri ilk addımlarını uşaq futbolunda atmağı hədəfləyib. Daha sonra uşaq futbol məktəbi təsis etmək barədə düşünəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir