İdman

Vüqar Kərəmov “Rəqibim kəməri ancaq yuxuda görə bilər” dedi: Gərginlik yaşandı – VİDEO

Sharing is caring!


“Rizin” Bakıya xoş gəlib. Bu kəməri iki ay əvvəl qazanmışam. Bunu icarəyə götürməmişəm. Kəmər bir il məndə qalacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan MMA döyüşçüsü Vüqar Kərəmov “Rizin” Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib.

Yaponiyalı Suzuki Çihiro ilə döyüşəcək hazırkı kəmər sahibi iddialı açıqlamalar verib:

“Suzuki ilə eyni yarışda döyüşmüşük. O da”Bellator”un çempionudur. Bu, onu aldatmasın ki, ölkəmdə məni məğlub edəcək. Bir il bu kəmər məndə qalacaq. Bunu sübut edəcəyəm. Suzuki bu kəməri ancaq yuxuda görə bilər. Məndə olduğu müddətdə onu ala bilməyəcək”.

Qeyd edək ki, Milli Gimnastika Arenasındakı yarışda Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov, Nəriman Abbasov və Tural Rəhimov iştirak edəcəklər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir