Dünya

Aİ-nin Belarusdakı səfiri ölkəni tərk edib

Sharing is caring!

Belarus hökuməti Avropa İttifaqının respublikadakı səfiri Dirk Şubelin vizasını uzatmayıb, buna görə o, üç illik xidmətdən sonra bu ölkəni tərk etməli olub.

Bu barədə Şubel “Facebook” səhifəsində yazıb:

“Belarus hökuməti vizamı və akkreditasiyamı daha bir il müddətinə uzatmamaq qərarına gəlib ki, bu da mənim mandatımı yerinə yetirməyimi çox çətinləşdirir”.

Şubel Belarus hakimiyyətinin qərarından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, daha bir il Minskdə işini davam etdirməyə hazır idi. İndi diplomatın səlahiyyətlərini Aİ-nin Belarusdakı müvəqqəti işlər vəkili Evelina Şuls yerinə yetirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir